Ulyanovsk vilayəti Azərbaycanla turizm münasibətlərini genişləndirmək niyyətindədir

Ulyanovsk vilayəti Azərbaycanla turizm münasibətlərini genişləndirmək niyyətindədir
10:27 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiyanın Ulyanovsk vilayəti Azərbaycanla turizm münasibətlərini genişləndirmək niyyətindədir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu məsələ Regional Ekoloji Hökumət, Ekoloji Palata və Vilayətin Sənaye Ekoloqlarının Şurasının birgə plenar iclasında müzakirə olunub. 
Tədbirdə çıxış edən Ulyanovsk vilayətinin Turist Sənayesi Assosiasiyasının rəhbəri Yuliya Uba vilayətin Azərbaycanla turizm münasibətlərinin formalaşmasına diqqət çəkib. 
Onun sözlərinə görə, gözəl iqlim, təbiətin müxtəlifliyi, sürətlə inkişaf edən infrastruktur və dillə bağlı maneələrin olmaması respublika ilə əlaqələrin tezliklə qurulmasına kömək edəcək: "Biz Rusiyada ilk olaraq qonşu ölkəyə turist qruplarını formalaşdırmağa hazırıq". 

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/ulyanovsk-vilayeti-azerbaycanla-turizm-munasibetlerini-genislendirmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR