Azad Rəhimov: "Azərbaycan vətəndaşlarına Formula 1 Avropa Qran-Pri yarışında endirim olacaq"

Azad Rəhimov: "Azərbaycan vətəndaşlarına Formula 1 Avropa Qran-Pri yarışında endirim olacaq"
10:32 18 Dekabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycan idmanı üçün uğurlu il olub və idmançılarımız böyük nailiyyətlər əldə ediblər.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Qran-Priyə həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, keçirilən sorğu nəticəsində biz görürük ki, 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Pri yarışına böyük maraq var: "Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet almaq istəyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq".

A.Rəhimov deyib ki, yarış keçiriləcək ümumi tras 6 km olacaq:

"Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Trans Bakının maraqlı yerlərindən keçir, o cümlədən Dənizkənarı parkdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km/saata qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online formada keçiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR