Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Qərb dövlətlərinin miqrantlarla bağlı siyasətini tənqid edib

10:32 18 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report"un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib.
O vurğulayıb ki, Azərbaycan xarici investorlar və miqrantlar üçün cəlbedici ölkədir: "Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi nəzarətin gücləndirilməsi, bu istiqamətdə qeydə alınan statistikanın təhlili, tənzimlənməsi və proqnozlaşdırılması məqsədilə Prezident İlham Əliyev müvafiq dövlət orqanları qarşısında tapşırıqlar qoyub. Avropanın miqrant problemi qarşısında acizliyi fonunda Azərbaycanda bu sahədə hökm sürən sabitliyin arxasında məhz miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun idarə edilməsi kimi vacib şərtlər dayanır".
F.Nəbiyev Qərb dövlətlərinin miqrantlarla bağlı siyasətini tənqid edib: "2015-ci ilin ikinci yarısından başlayaraq, Avropa İttifaqının aparıcı siyasi dairələrinin də, bütün kütləvi informasiya vasitələrinin də əsas müzakirə mövzusu miqrasiya problemi olub. Çünki dünyanın bir sıra ölkələrində-Suriya, İraq, Liviya və Yəmən olmaqla Yaxın Şərqdə müharibə və zorakılıqların davam etməsi bu bölgədən Avropaya qeyri-leqal miqrant axınını genişləndirib. Avropalılar miqrantları onların boyunlarından asılmış artıq yük adlandırırlar. Təsəvvür edin, baxmayaraq, öz sakit həyatını yaşayan xalqı demokratiya pərdəsi altında hakimiyyətə qarşı qaldıran və gözəl gələcək vəd edənlər indi həmin xoşbəxt gələcəyə qovuşmaq üçün Avropa sığınan milyonlarla insanı dəmir və beton sədlərlə, tikanlı məftillərlə, polis zorakılığı ilə, hətta insanlığa sığmayan əməllərlə üz-üzə qoyurlar. Xatırlayırsınızsa, miqrantlarla dolu, aralarında hətta körpə uşaq olan yük maşını bağlı vəziyyətdə Avstriyadayol kənarında aşkar edilmişdi. Xoşbəxtlikdən onları son anda xilan etmək mümkün olmuşdu. Lakin nə olsun? Dənizdə boğulan cəsədləri Bodrum sahillərinə çıxan uşaqları xilas etmək mümkün olmadı. Kimlərsə yaşananlara bir tamaşaçı kimi, yaxud xəbər biznesi kimi yanaşmaqdadır. Lakin acınacaqlı vəziyyətin aradan qaldırılması üçün hələ ki real addımlar atılmır. Qərb dünyası miqrant problemini həll etmək üçün mütəmadi müzakirələr aparıb, həll yolu axtarsa da, səmərəli nəticə əldə olunmamasının köklü səbəbləri var. Məhz Avropa yaşanan problemlərin əsas səbəbi Qərbin vaxtilə Suriyada, Liviyada, Yəməndə törətdiyi əməllərdən qaynaqlanır. Belə olan halda məntiqi baxımdan münaqişə ocaqlarını yaradan, alovlandıranlar onun acı nəticələrini də bölüşməlidirlər. Həmin ölkələrdə "Ərəb baharı" adı altında inqilablar həyata keçirmək üçün müxalif qüvvələrə siyasi, maliyyə, silah yardımı edənlər və təlimlər keçirənlər indi o ölkələrdən gələn miqrantları qəbul etmək məcburiyyətindədirlər. Dünyanın bir çox qaynar nöqtələrində baş verən qarşıdurmalar geniş, davamlı xarakter alıb. Yerli hökumətlər isə büdcə gəlirlərini artırmaq, əhalinin sosial rifahını yüksəltmək əvəzinə daxili sabitliyi təmin etmək üçün mübarizə aparırlar".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-dovlet-miqrasiya-xidmetinin-reisi-qerb-dovletlerinin-miqrantlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR