Bakıda ​Yaponiyanın ənənəvi musiqi konserti keçirilib

Bakıda ​Yaponiyanın ənənəvi musiqi konserti keçirilib
10:37 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın "Gündoğar Ölkə ilə Odlar Yurdunun qovuşması" adlı  ənənəvi musiqi konserti keçirilib. 
"Report" xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertdə yapon musiqiçiləri Kikuçi Kouzan, Tsubaki Masanori və Omodaki Akiko ənənəvi musiqi nümunələrini ifa edib, tamaşaçıları ifa etdikləri musiqi alətləri haqqında məlumat veriblər.
Bundan başqa, tamaşaçılara yaponiyalı və azərbaycanlı musiqiçilərin ifasında Yaponiyanın ənənəvi musiqisi və Azərbaycan muğamının sintezi olan bir neçə kompozisiya təqdim olunub. 
"Va-Liqa"- ənənəvi incəsənət ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə yapon mədəniyyətinin tanıtımı və beynəlxalq mübadilə qurulması məqsədi ilə çıxış edən incəsənət qrupudur. 
Bu qrup Yaponiyaya olan marağı oyatmaq məqsədi ilə "kabuki" və "no" teatrlarının rəqs və səhnələri, "vadaiko" (yapon barabanları), "şamisen" (simli musiqi aləti), "minyo" kimi folklor musiqi başda olmaqla, müxtəlif janrlarda olan yapon ənənənvi incəsənətinin xaricdə tanıdılması ilə məşğul olur.
Qrup indiyə qədər dünyanın müxtəlif ölkələrində 300 dəfədən artıq çıxış edib.  

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bakida-yaponiyanin-enenevi-musiqi-konserti-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR