Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cəbhədə gərginlik - Azərbaycan Ordusu yenə şəhid verdi

Cəbhədə gərginlik - Azərbaycan Ordusu yenə şəhid verdi

Date: 18 December 2015 10:41

Azərbaycan daha bir hərbi qulluqçusunu itirdi.

Müdafiə nazirliyinin mıətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Tags:  Cəbhədə gərginlik Azərbaycan Ordusu yenə şəhid verdi


RƏYLƏR


Top news