Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İsrail “Mavi Mərmərə”yə görə 20 milyon dollar ödəyəcək

Date: 18 December 2015 10:41

Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsinə səbəb olan "Mavi Marmara" hadisəsi ilə bağlı razılıq əldə edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, razılaşmanın bəzi detalları da açıqlanı.

10 nəfərin ölümü ilə nəticələnəngəmi gərginliyindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heyətlər İsveçrədə bir araya gəliblər. İsrail mətbuatı beş maddəlik bir yol xəritəsinin qəbul edildiyini yazıb. Türkiyə tərəfi isə hələlik qətir azılıq əldə edilmədiyini açıqlayır.

İsrailin "Haaretz" qəzetinin məlumatına görə, Surixdə keçirilən görüşdə hələlik bəzi detallar üzərində işin davam etdiyini, ilkin "yol xəritəsində" aşağıdakı maddələr yer alıb:

1. İsrail "Mavi Marmara"da zərərçəkənlərə və qurbanlara görə, 20 milyon dollarlıq təzminat fondu yaradacaq
2. Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin edəcək
3."Mavi Marmara" hücumu ilə bağlı israil hərbçilərinə qarşı qaldırılan məhkəmə dayandırılacaq.
4. Türkiyə "Həmas" lideri Salih əl-Aruriyi deportasiya edəcək. Təşkilatın türkiyədəki fəaliyyəti məhdudulaşdırılacaq.
5. Türkiyə və İsrail təbii qaz sahəsində işbirliyi edəcək. Türkiyə qarşı tərəfdən qaz alacaq. İsrail Türkiyədə inşa ediləcək boru xətti ilə Avropaya qaz nəql edəcək.

Məlumat üçün qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu bir müddət öncə iki ölkə arasında qaz boru xəttinin inşaası ilə bağlı razılıq əldə edilə biləcəyini demişdi. O, bu məqsədlə rəsmi Ankara ilə danışıqlar aparıldığını qeyd edib.

İsrail-Türkiyə arasında bir boru xəttinin inşa edilərək Türkiyəyə qaz satışının reallaşması 5 ildir ki, gündəmdədir. Ancaq iki ölkə arasında yaranmış gərginlik bu layihənin donmasına səbəb olmuşdu. Netanyahunun son açıqlaması isə yenidən ümid yaranmasına səbəb olub.

Söhbət 10 milyard kubmetr qazdan gedir. Bu da Türkiyənin Rusiyadan idxal etdiyi 30 milyard kubmetr qazın 1/3 deməkdir.

Tags:  İsrail Mavi Mərmərəyə 20 milyon dollar ödəyəcək


RƏYLƏR


Top news