Məşhur futbolçuya Azərbaycanı məsləhət gördülər

Məşhur futbolçuya Azərbaycanı məsləhət gördülər
10:42 18 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya yığmasının sabiq üzvü Aleksandr Kerjakov karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisinin əsas komandasından uzaq qalan 33 yaşlı forvard "Zenit"in əvəzedici heyətində də özünə yer tapa bilmir.

Rusiya saytlarından biri "Zenit"lə yolları ayırmaq üzrə olan təcrübəli futbolçuya gələcək karyerası ilə bağlı məsləhət verib. Onlar Kerjakovun indiki məqamda karyerasını Azərbaycan, Qazaxıstan və ya Belarusda davam etdirməsinin daha məqsədəuyğun olduğunu düşünürlər.
 
Həmkarlarımızın fikrincə, Kerjakovun Rusiyanın digər klubuna keçmək ehtimalı yoxdur, çünki buna "Zenit" rəhbərliyi icazə vermir. Onun Türkiyə və ya Ukraynaya yollanmasına isə Rusiya dövləti razı olmaz.
 
Yazıda Kerjakovun Avstraliyaya köçmək şansının da olmadığı qeyd olunub. Həmkarlarımız bunu adıçəkilən ölkənin klublarının ancaq azad agentləri transfer etməsi ilə əsaslandırıblar. İngiltərə, İspaniya, Almaniya, İtaliya və Hollandiya təmsilçiləri isə Kerjakovu heç icarəyə də götürməzlər.
 
Rusiya mətbuatının fikrincə, son 1 il yarım müddətdə cəmi 5 qol vuran Kerjakov üçün ən ideal variant Azərbaycan, Qazaxıstan, Belarus və ya Balkan ölkələridir. Həmkarlarımız hücumçunun karyerasını məhz bu ölkələrdən birində "dəfn edəcəyini", bununla da futbolla vidalaşacağının inandırıcı olduğunu yazıblar.
 
Onlar Kerjakovu transfer etməyə Azərbaycandan ən real namizəd kimi "Qəbələ", Qazaxıstandan "Okjetpes", Belarusdan isə "Dinamo"nun olduğunu vurğulayıblar.
 
Qeyd edək ki, karyerası ərzində "Svetoqorets", "Sevilya" və "Dinamo" (Moskva) klublarının da formasını geyinmiş Kerjakov 2002-2015-ci illərdə Rusiya yığmasının şərəfini qoruyub.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR