İtaliyanın “Snam” şirkəti TAP-ın səhmdarı olub

İtaliyanın “Snam” şirkəti TAP-ın səhmdarı olub
10:43 18 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Nihad Budaqov, AZƏRTAC
İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin səhmdarı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın saytında məlumat verilir. Bildirilir ki, “Snam S.p.A.” şirkəti Norveçin “Statoil” şirkətinin TAP layihəsindəki 20 faizlik səhmini alıb.
TAP-ın icraçı direktoru Yan Bredşou isə qeyd edib: “Snam” şirkətinin bu layihədə yer alması Avropanın enerji bazarına yeni mənbədən qaz nəqlini həyata keçirəcək TAP-ın strateji mövqeyini daha da gücləndirəcək”.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_Snam_sirketi_TAP_in_sehmdari_olub-912284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR