Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb
Dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.
Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.