Ər avtomobili aşırdı, arvadı ilə oğlu xəstəxanalıq oldu

Ər avtomobili aşırdı, arvadı ilə oğlu xəstəxanalıq oldu
10:54 18 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, hadisə dünən saat 18:15 radələrində Bakı-Qazax magiustralının 171-ci kilometrliyində baş verib. 1966-cı il təvəllüdlü Əsədov Qəşəm Qənimət oğlunun idarə etdiyi "Mercedes" mrkalı minik avtomobili üzü Qazax istiqamətində hərəkətdə olarkən yolun sağınaçıxaraq su kanalına aşıb. Nəticədə sürücünün həyat yoldaşı 1976-cı il təvəllüdlü Həlimə Əsədova və 15 yaşlı oğlu Şahin müxtəlif dərəcəli bədən xəsarətlərialıb və xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR