Natavan Həbibi: "Kimdənsə qorxmuram ki..."

Natavan Həbibi: "Kimdənsə qorxmuram ki..."
10:54 18 Dekabr 2015
71 Şou
Ölkə mətbuatı
A- A+

 Müğənni Natavan Həbibi plastik əməliyyat etdirməsi xəbərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, üzündə heç bir dəyişiklik etməyib: “Bu şəkli yayda çəkmişdim. Bu, mənim makiyajsız halımdır. Makiyaj və rəngli linzalar görünüşümü dəyişir. Yalanla aram yoxdur və kimdənsə qorxmuram ki, nə isə gizlədim. Estetik əməliyyat etdirsəm, deyərəm. Çünki etdirənlərə pis baxmıram. Bütün qadınlar gözəl olmağa layiqdir. Kiminsə haqqına girmədən yaşamaq lazımdır. Allaha şükür, öz görünüşümdən narazı, şikayətçi deyiləm. Amma illər keçdikcə hansısa düzəlişlər lazım olsa, etdirəcəm. Çünki səhnə gözəlliyi sevir. Mən də gözəl olmaq istəyirəm. Amma gözəllik də bəzən adamın başına bəla olur”.

Qeyd edək ki, artıq bir neçə müddət idi ki, sosial şəbəkədə N.Həbibinin plastik əməliyyat etdirdiyi xəbəri yayılmışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR