AFFA milli komanda üçün 30 futbolçu axtarır

AFFA milli komanda üçün 30 futbolçu axtarır
10:57 18 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Futbol Akademiyasında qurumun baş katibi Elxan Məmmədovun Azərbaycan yığmalarının məşqçi heyəti ilə görüşü keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tədbirdə millinin baş məşqçisi Robert Prosineçki, texniki direktor Bernhard Lippert, Məşqçilər Komitəsinin üzvləri və müxtəlif yaş qruplarından ibarət yığmalarda çalışan məşqçilər iştirak ediblər. 

Görüşdə dekabrın 14-də Bakı Olimpiya Stadionunda Azərbaycan Premyer Liqası klublarının baş məşqçiləri ilə keçirilmiş görüş xatırlanaraq səmərəli müzakirələrin aparıldığı bildirilib, milli komandaların məşqçi heyəti ilə klubların məşqçiləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyədə olmasının vacibliyi vurğulanıb.
 
Tədbirdə qeyd olunub ki, 2020-ci ildə təşkil olunacaq və 4 oyunu Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan milli komandasının iştirakına nail olmaq üçün istedadlı gənc futbolçular indidən diqqət mərkəzində saxlanılmalı, bununla əlaqədar yığma və klub məşqçiləri sıx əməkdaşlıq etməli, zərurət yaranacağı təqdirdə gənc futbolçularla fərdi məşqlər də keçirilməlidir.
 
AVRO-2020-də çıxış edə biləcək milli komandanın formalaşdırılması üçün qısa müddət ərzində ən azı 30 nəfərdən ibarət 1994-2000-ci il təvəllüdü futbolçuların siyahısının tərtib olunması, həmin futbolçulara fərdi məşqlərin keçirilməsi məqsədilə metodiki vəsaitin hazırlanması qərara alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR