Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xidmət rəisi: "İndiyədək 32 mindən çox şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub"

Date: 18 December 2015 11:02

"Report"un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
O xatırladıb ki, Azərbaycan BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının "10 ilə vətəndaşsızlığa son" kampaniyasına qoşulub: "Vətəndaşsızlıq hallarının qısa zaman ərzində aradan qaldırılması üçün Miqrasiya Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir". 
F.Nəbiyev qeyd edib ki, bundan əlavə, 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb: "Şura vasitəsilə miqrasiya sahəsində ictimai iştirakçılıq daha geniş tətbiq olunur. Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur".

Tags:  Xidmət rəisi İndiyədək 32 mindən çox şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub

RƏYLƏR


Top news