Xaçmazlı gəncin hobbisi onu böyük təsərrüfat sahibinə çevirib

Xaçmazlı gəncin hobbisi onu böyük təsərrüfat sahibinə çevirib
11:03 18 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 18 dekabr, Elxan Yusifli, AZƏRTAC
Uşaqlıqdan dovşanlara olan marağı Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Ehtiram İsrafilovu böyük təsərrüfat sahibinə çevirib.
AZƏRTAC xəbər verir ki, hazırda təsərrüfatında 300-ə yaxın dovşan bəsləyən gənc, bu heyvanların sayını 10 minə qədər çoxaltmaq imkanının olduğunu bildirir.
Ehtiram İsrafilov əvvəllər bu işə hobbi kimi yanaşsa da, sonradan bəslədiyi dovşanları artırmaq və bundan gəlir əldə etmək qərarına gəlib. Onun fermasında 10-a yaxın dovşan növü var ki, onların da əksəriyyətini xaricidən gətirərək çoxaltmağa nail olub.
Təsərrüfat sahibi əsasən ətlik və xəzindən istifadə olunan dovşanları saxlamağa üstünlük verir. Onun dovşan ətini xoşlayan, bölgə və paytaxtdan olan bir çox müştəriləri var. Dovşan ətinin bir kiloqramı 8-10 manata satılır. Yumşaq xəzli dovşanların ən ucuzu isə müştərilərə 100-150 manata təklif olunur.
Ehtiram İsrafilov bildirir ki, dovşanlar ən artımlı heyvanlardan sayılır. Bu heyvanlar növündən asılı olaraq hər dəfə 6-14 bala verir.
Təsərrüfatındakı dovşanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşən E.İsrafilov heyvanların saxlanma şəraitinə xüsusi diqqət yetirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazli_gencin_hobbisi_onu_boyuk_teserrufat_sahibine_chevirib-912288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR