Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb
11:07 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 228,0 mln. manat həcmində vəsait yönəldilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunda illik müqayisədə 41,53% artım müşahidə olunub.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 5 524,2 mln. manatı (88,7%-i) Birləşmiş Krallıq, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Malayziya və Yaponiya sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 61,2%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,5%-i əsaslı təmir, 7%-i cari təmir, 17,3%-i isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,9%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib. Onun 8 835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 689,5 mln. manatı (32,5%) xidmət sahələri üzrə obyektlərin, 914 mln. manatı (6,3%) isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-iqtisadiyyatina-xarici-investisiyalar-42-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR