Ağstafada general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub

Ağstafada general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub
11:13 18 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 18 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən dekabrın 18-də Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə Səməd bəy Mehmandarovun yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, ziyalıların, bölgə yazarlarının iştirak etdiyi tədbirdə rayon təhsil şöbəsinin müdiri Leyla İsayeva, şairlərdən Barat Vüsal, Saqif Qaratorpaq və başqaları çıxış edərək, general Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən general Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi nazir təyin edilib və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub. Hərbi nazir kimi ordu quruculuğunu milli zəmin üzərində təşkil edib və ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin qorunmasında misilsiz xidmətlər göstərib.
Tədbirdə məktəblilərin ifasında generala həsr olunmuş şerlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_general_Semed_bey_Mehmandarovun_160_illik_yubileyi_qeyd_olunub-912292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR