Bakıda Formula-1 yollarına ayrılan pul açıqlandı

Bakıda Formula-1 yollarına ayrılan pul açıqlandı
11:16 18 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin yolları üçün büdcədən 12 milyon manat ayrılıb". ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı qran priyə "son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransında Azərbaycan Respublikası
Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Formula 1 Avropa Qran Prisi üçün bilet satışlarının sabah saat 12:00-dan bacucitycircult.com saytı vasitəsilə satışa çıxarılacağını deyib.

A.Rəhimov azərbaycanlılar üçün bilet qiymətində 40 faiz endirim ediləcəyini deyib.

O, qeyd edib ki, yarışlarla bağlı Bakıya 2500 adam gələcək. Bura idmançılar, komanda üzvləri, həkimlər və sairə daxildir. "Onlar həm otellərdə, həm də olimpiya kəndində yerləşdiriləcəklər. Bu kənddə 1 bina personal üçün ayrılıb. Lazım gələrsə bütün binalarda turistləri də yerləşdirmək mümkündür".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR