Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"MilliÖn"ün distribütor problemi

"MilliÖn"ün distribütor problemi

Date: 18 December 2015 11:17

Milli.Az-a müraciət edən paytaxt sakini bildirib ki, Bakının Heydər Əliyev prospektində, "ASAN xidmət" mərkəzinin qarşısındakı yerüstü piyada kecidində quraşdırılmış "MilliÖn" aparatı çoxdandır ki, işləmir: "Zəhmət olmasa, deyin, aparatı tez təmir etsinlər, çox ehtiyacımız olur".

Bununla bağlı Milli.Az "MilliÖn" ödəmə terminallarının məxsus olduğu "Komtec" MMC-yə (MilliÖn) müraciət edib. Şirkətin İctimaiyyətlə əlaqələr qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva Milli.Az-a bildirib ki, həmin aparan şirkətə məxsus olsa da, hazırda distribütorun öhdəliyindədir. Həmin aparatın işləyib-işləməməsinə, inkassasiyasına da dsitribütorlar cavabdehdirlər:

"Lakin sözügedən ərazidə yerləşən MilliÖn ödəmə terminalının distribütoru artıq fəaliyyətini dayandırıb. Hələlik distribütorun balansında olan terminalların təhvil-təslim prosesi gedir. Yalnız bundan sonra xarab olmuş aparat təmir ediləcək. Lakin bunun nə vaxt olacağı hələlik dəqiq bəlli deyil".

İlkin İzzət
Milli.Az


Tags:  MilliÖnün distribütor problemi


RƏYLƏR


Top news