​Nardaranda növbəti dəfə silah-sursat tapılıb

​Nardaranda növbəti dəfə silah-sursat tapılıb
11:17 18 Dekabr 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində növbəti dəfə silah-sursat tapılıb.
“Report” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Nardaran qəsəbəsi, “Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş 1 ədəd qundağı kəsilmiş və lüləsi kəsilmiş 12 çaplı, 1 ədəd 16 çaplı, 1 ədəd nömrəsi silinmiş 12 çaplı ov tüfəngləri və 12 ədəd təyinatı üzrə ov tüfənginin patronları aşkar olunaraq götürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/nardaranda-novbeti-defe-silah-sursat-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR