"Bank of Baku"dan "Mümkündür" adlı yeni kredit məhsulu

"Bank of Baku"dan "Mümkündür" adlı yeni kredit məhsulu
11:18 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
"Bank of Baku" "Mümkündür" adlı yeni kredit məhsulunu təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bütün özəl və dövlət müəssisələrində çalışan şəxslər üçün xüsusi hazırlanan bu məhsul müştərilərə 30 min AZN/USD kredit almağa imkan verəcək. "Mümkündür" kreditini həm manat, həm də dollar valyutasında nağd pul krediti olaraq əldə etmək olar. Minimum 5 min AZN/USD, maksimum 30 min AZN/USD həcmində ayrıla bilən kredit 12 aydan 60 ayadək müddətə rəsmiləşdirilə bilər.
Kredit şərtlərinə əsasən, son ödəniş tarixinə qədər yaşı 65 olan dövlət və özəl müəssisələrin əməkdaşları şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənədi və təminat qismində girov qoyulan daşınmaz əmlakın mülkiyyət sənədini təqdim etməklə kredit götürə bilərlər. Müştərilər iş yerindən arayışı bankdan ayrılmadan "Elektron Hökumət" xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBank_of_Baku_quotdan__quotMumkundur_quot_adli_yeni_kredit_mehsulu-912297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR