Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yol polisi sürücülərə müraciət etdi: istiqamət dəyişdirilib

Yol polisi sürücülərə müraciət etdi: istiqamət dəyişdirilib

Date: 18 December 2015 11:19

Paytaxtın Zərifə Əliyeva küçəsində Rəsul Rza küçəsinin kəsişməsinədək olan hissəsi üzrə asfalt örtüyünün çəkilişi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin ərazi üzrə avtomillərin fasiləsiz və təhlükəsiz hərəkəti məqsədi ilə Neftçilər prospekti üzrə, Azadlıq prospekti kəsişməsindən, yəni Azadlıq meydanından keçməklə hərəkətin əksinə - Neftçilər prospekti, Rəsul Rza kəsişməsinə doğru alternativ yol üzrə istiqamət müəyyən edilib.

 

Asfalt örtüyünün çəkilişi ilə əlaqədar Neftçilər prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri bir istiqamətli 3 və 5 hərəkət zolağı olan qol qovşağıdır ki, onlarla kəsişən Rəşid Behbudov, Bülbül, Səməd Vurğun və digər küçələr üzrə hərəkət məhdudlaşdırılıb. Ərazidə yaranan vəziyyətə uyğun olaraq, sürücülərdən və avtomobil sahiblərinə tövsiyə olunur ki, müəyyən olunan istiqamətlər üzrə tələblərə uyğun hərəkət etsinlər. Xüsusilə, Azadlıq proospektində Zərifə Əliyeva küçəsinin kəsişməsindən düzünə - Neftçilər prospekti istiqamətinə hərəkət təşkil edilib.  

 

Qeyd edilən küçə və prospektlər üzrə nəqliyyat sıxlığının yaranmaması üçün Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, yollarda təmir işləri qısa müddətə yekunlaşana qədər paytaxt sakinləri ictimai nəqliyyata üstünlük versinlər və müəyyən olunan alternativ yollardan istifadə etsinlər.  

 


Tags:  Yol polisi sürücülərə müraciət etdi istiqamət dəyişdirilib

RƏYLƏR


Top news