Sərhəd Xidmətinin əsgəri avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib

Sərhəd Xidmətinin əsgəri avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib
11:22 18 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Trend DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, DSX-nın Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu 16 dekabr 2015-ci il tarixdə saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat etmişdir.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR