İŞİD-in Mosula hücumu: yüzlərlə insan öldü

İŞİD-in Mosula hücumu: yüzlərlə insan öldü
11:27 18 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçuları son 5 ay ərzində İraqın şimalında ən böyük hərbi əməliyyat həyata keçiriblər.

APA-nın xəbərinə görə, bu barədə The "New York Times" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, hücuma əsasən kürd döyüşçülərin (Peşmərgə) Başika düşərgəsindəki mövqeləri, Narvan və Tal-Asvad yaşayış məntəqələri məruz qalıb.

Hücumun qarşısı ABŞ rəhbərliyi altında koalisiyanın dəstəyi ilə alınıb.

Aviazərbələr nəticəsində təxminən 280 terrorçu öldürülüb. Toqquşmalarda kürdlər də onlarla döyüşçü itiriblər.

Qeyd edilir ki, hücumda məqsəd koalisiya qüvvələrinin zəiflədilməsi və Mosulun geri qaytarılmasına hazırlıq olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR