Azərbaycan daha bir əsgərini itirdi

Azərbaycan daha bir əsgərini itirdi
11:31 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər avtomat silahdan açılan təsadüfi atəş nəticəsində həyatını itirib.

ANS PRESS-in məlumatına görə DSX-nın Mətbuat mərkəzinə istinadən xəbər verir ki, adıçəkilən sərhəd zastavasında sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu 16 dekabr 2015-ci il tarixdə saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

Bir müddət əvvəl də təhlükəsizlik qaydalarının pozulması nəticəsində Azərbaycan Ordusu bir əsgərini itirib.

Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib. Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR