“AtaSığorta” ASC Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib

“AtaSığorta” ASC Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib
11:33 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“AtaSığorta” ASC Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib. Şirkətin Marketinq və Kommunikasiyalar şöbəsindən Trend-ə verilən məlumata görə, İSB-nin iştirakçı sığorta şirkəti olan “AtaSığorta” ASC 16 dekabr 2015-ci il tarixində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrindən Çıxarışı almışdır.

“İcbari Sığortalar haqqında” qanunun 50-2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 32 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR