Türkmənistan Prezidenti diplomatik fəaliyyəti başa çatan Azərbaycan səfirini qəbul edib

11:33 18 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Aşqabad, 18 dekabr, AZƏRTAC
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Vəhdət Sultanzadəni qəbul edib.
Görüşdə ölkələrimiz arasındakı əlaqələrdən məmnunluq ifadə olunub, siyasi-diplomatik, iqtisadi-ticarət, humanitar, mədəni sahələrdə əməkdaşlığın inkişafı xüsusilə qeyd edilib.
Səfir Vəhdət Sultanzadə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki qardaş ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Prezident Qurbanqulu Berdiməhəmmədov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkmenistan_Prezidenti_diplomatik_fealiyyeti_basa_chatan_Azerbaycan_sefirini_qebul_edib-912305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR