Kür çayı üzərində yeni asma körpünün inşası yekunlaşıb

Kür çayı üzərində yeni asma körpünün inşası yekunlaşıb
11:33 18 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün inşası yekunlaşıb.
Tikinti işlərini həyata keçirən “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sürücülər yeni körpüdən sözügedən avtomobil yolu istismara verilərkən sonra istifadə edə biləcəklər.
Layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54,4-55,8 kilometrliyində 1400 metrlik ərazidə aparılıb. Beş aşırımdan ibarət yeni körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir.
Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.
Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa, əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib.
Asma körpü 9 ballıq zəlzələyə hesablanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayi_uzerinde_yeni_asma_korpunun_insasi_yekunlasib-912303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR