Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Üç nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs olunub

Date: 18 December 2015 11:37

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vitaliy Salayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı iltizam ləvğ edilib, barəsində həbs qətimkan tədbiri seçilib. V.Salayev məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə bu il martın 19-na keçən gecə saat 00.30 radələrində Sumqayıtda baş verib. Sumqayıt şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" və Bakı şəhər sakini Vitali Sarayevin idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb. Onun özü və V.Sarayev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

Tags:  nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs olunub

RƏYLƏR


Top news