Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir dopinqdə "ilişən" idmançılar haqda: "Yoxlamışdıq, təmiz idilər"

Nazir dopinqdə "ilişən" idmançılar haqda: "Yoxlamışdıq, təmiz idilər"

Date: 18 December 2015 11:42

"ABŞ-da antidopinq agentliyi yoxdur. WADA tamamilə sərbəst və müstəqildir. Biz öyrənmək istəyirik ki, onlar nə qədər düzgün yoxlayırlar".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri  gənclər və idman naziri Azad Rəhimov deyib.

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin 3 üzvü - Silviya Angelova, Valentin Xristov, Elxan Əliquluzadə dopinq-testdə "ilişib". İdmançılarımız B probu vermək məcburiyyətində qalıblar. Əgər ikinci analiz də müsbət nəticələnərsə, hər üç atletimiz podiumdan ömürlük uzaqlaşdırılacaq.
 
Məsələ ilə bağlı danışan nazir bildirib ki, idmançılarımız yarışqabağı tam şəkildə yoxlanılıblar: "Ola bilsin ki, idmançılar bəzi hallarda bilmədən nəsə yeyə və ya içə bilərlər. Ancaq biz onları yoxlamışdıq, təmiz idilər. Necə olub ki, 3 gün sonra dopinq-testdə "ilişiblər", bilmirəm. Yarış öncəsi Bakıda verdikləri analizlər təmiz çıxmışdı. Biz istəmirik ki, B probu ABŞ-da yoxlanılsın. Bunu Köln də daxil olmaqla, müxtəlif yerlərə göndərə bilərik. Federasiya hazırda bu işlə məşğuldur. Ağırlıqqaldırma elə bir idman növüdür ki, gündə nəsə baş verir. Biz istərdik ki, belə hallar olmasın". 

Milli.Az


Tags:  Nazir dopinqdə ilişən idmançılar haqda Yoxlamışdıq təmiz idilər

RƏYLƏR


Top news