Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın tikinti şirkətləri Daşkənd sərgisinə dəvət olunub

MDB-nin qabaqcıl tikinti şirkətləri müəyyən ediləcək (01 Mart 2017 09:27)

Tarix: 18 Dekabr 2015 11:43


Bakı, 18 dekabr, AZƏRTAC 
2016-cı il martın 2–dən 4-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İnşaat-UzBuild 2016” 17-ci Özbəkistan Beynəlxalq sərgisi və “İstilik və ventilyasiya, kondisionerləşmə, su təchizatı sistemləri, santexnika və hovuzlar - Aqua-Therm Daşkənd 2016” 5-ci Yubiley Beynəlxalq sərgisi təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Avstriya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Rusiya Federasiyası, ABŞ, Türkiyə, Ukrayna, Belarus, İsveçrə, Koreya kimi dövlətlərin 100-dən çox şirkətinin iştirak edəcəyi sərgiyə Azərbaycandan tikinti şirkətləri də dəvət olunub.
Bu sahəyə marağı olan və sərgidə iştirak etmək istəyən şəxslər www.uzbuild.uz, www.aquatherm-tashkent.uz internet saytlarından daha ətraflı məlumat əldə edə bilərlər.


Teqlər:  Azərbaycanın tikinti şirkətləri Daşkənd sərgisinə dəvət olunub



RƏYLƏR


Top xəbərlər