Bakı, 18 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) e-fhn.gov.az “Elektron xidmətlər sistemi” layihəsi “Elektron hökumət” nominasiyası üzrə “Milli Net-2015” milli internet mükafatının qalibi olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən mərasimdə “Milli Net-2015” mükafatı uğrunda 14 nominasiya üzrə 299 saytın mübarizə apardığı qeyd olunub.
Tədbirdə FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və Şəbəkələrin qurulması və istismarı şöbəsinin müdiri Namiq Bağırzadə iştirak ediblər.