Azərbaycan Dillər Universitetinin əməkdaşları Fransada beynəlxalq layihədə iştirak ediblər

Azərbaycan Dillər Universitetinin əməkdaşları Fransada beynəlxalq layihədə iştirak ediblər
11:48 18 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, magistratura və doktorantura fakültəsinin dekanı Zarina Aslanova Təhsil Nazirliyi və Avropa Şurasının təşkilati və maddi dəstəyi ilə Fransanın Monpelye şəhərində keçirilən “Erasmus+Nizami” adlı layihədə iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Fransa, Almaniya, İspaniya, Türkiyə, İsveç, Çexiya kimi inkişaf etmiş ölkələrin nüfuzlu ali təhsil ocaqlarının da iştirak etdiyi layihədə ölkəmizi təmsil edən universitetlərdən biri də Azərbaycan Dillər Universiteti olub.
Layihə çərçivəsində Z.Aslanova ADU və buradakı doktorantura strukturu ilə bağlı təqdimatla çıxış edərək müsbət rəy alıb. Belə ki, Z.Aslanova layihənin bütün iclaslarında iştirak edəcək, həmçinin bununla bağlı hesabat verəcək.
Qeyd edək ki, üç il davam edəcək layihənin əsas məqsədi Azərbaycanda doktorantura sisteminin bərpası və innovativ inkişafına, doktorantura sistemində təhsilin və elmi tədqiqat işi arasında olan əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Diller_Universitetinin_emekdaslari_Fransada_beynelxalq_layihede_istirak_edibler-912314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR