Xalq artisti: "Merilin Monro, Sofi Loren kimdir mənim qarşımda?"

Xalq artisti: "Merilin Monro, Sofi Loren kimdir mənim qarşımda?"
11:52 18 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

"Mənə dəstək olsaydı, indi Hollivudda ən birinci ulduz idim. Sofi Loren, Bricit Bardo, Merilin Monro, Elizabet Teylor kim idi mənim qarşımda?"

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova "Mənim dünyam" verilişində deyib. O, gənc yaşlarında sənətdə onun ayağının altını qazdıqlarını bildirib:

"Bu sözləri səmimi deyirəm. Mənə dəstək olsaydı, Hollivudda 20-28 yaşlı qızın rolunu oynayardım. Hətta kaskadyor olardım. Mənə bu sənətdə heç kim dəstək olmayıb. Əksinə, vurdular, yıxdılar, dayandım. Sən demə, əksinə olarmış. İnsan tənqid atəşinə tutular da, döyülər də, amma əyilməz. Əksinə, çalışıb, irəli gedər. İndi peşmanam. Niyə mən 25 yaşımda deyəcəyim sözü indi söyləyirəm? Niyə 30 yaşımda oxuyacağım mahnını indi səsləndirirəm?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/391214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR