SOCAR Turkey sıxılmış qazın satış lisenziyasını bərpa edəcək

SOCAR Turkey sıxılmış qazın satış lisenziyasını bərpa edəcək
11:53 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

SOCAR Turkey LNG Satış Anonim Şirkətinin aldığı lisenziya hər CNG satış məntəqəsi üçün ayrılıqda alınmaqdadır. SOCAR-dan Trend-ə verilən məlumata görə, Türkiyə Cumhuriyətinin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) 2015-ci il martın 19-dan CNG satış məntəqələrinin hər biri üçün ayrılıqda iş yeri açmaq və fəaliyyət icazəsinin alınması tələbini irəli sürüb və CNG satış məntəqələrinin 2015-ci il sentyabrın 18-ə qədər bu icazəni almalarını məcburi hala gətirib.

Gemlik və Eskişəhir CNG satış məntəqələri üçün lazımı Təhlükəli İş Yeri (GSM) vəsiqəsi bu tarixə qədər hazır olmayacağı üçün Gemlik və Eskişəhir CNG satış lisenziyaları SOCAR Turkey LNG Satış Anonim Şirkətinin tələbi əsasında ləğv edilib. Ancaq şirkət tərəfindən GSM vəsiqələri alındıqdan sonra bu lisenziya Enerji Bazarını Tənzimləmə Təşkilatı tərəfindən təkrar bərpa olunacaq.

Rəsmi sənəd məsələləri səbəbindən baş vermiş bu hadisənin fərqli şərhlərə məruz qalmasını doğru qəbul etmirik. SOCAR Turkey LNG Satış Anonim Şirkətinin hazırda digər CNG məntəqələri satışa davam etməsi üçün tələb olunan lisenziyaya sahibdir və satış
əməliyyatları davam etməkdədir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR