Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Natavan: "Kimsədən qorxmuram"

Natavan: "Kimsədən qorxmuram"

Date: 18 December 2015 11:57

Müğənni Natavan Həbibi plastik əməliyyat etdirdiyini deyənlərə cavab verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi makiyajsız şəklini paylaşaraq ittihamları rədd edib:

"Bu şəkli yayda çəkdirmişəm. Paylaşmağımın səbəbi odur ki, bəzilərinə faktla cavab vermək istəyirəm. "Natavan niyə yalan deyirsən, estetik etdirmisən" sözlərini yazanlara foto ilə cavab verirəm. Makiyajsız halım budur. Nədir - odur. Makiyaj və rəngli linzalar görünüşümü dəyişdirirsə, bu, normal haldır. Yalanla ümumiyyətlə aram yoxdur və kimsədən qorxmuram ki, nəsə gizlədim".

N.Həbibi vaxtı gələndə plastik əməliyyat etdirəcəyini bildirib:

"Estetik əməliyyat etdirsəm, deyəcəm. Edənlərə pis baxmıram. Hər xanım gözəl olmağa layiqdir. Amma olmayan şeyləri heç vaxt boynuma alıb susmaram. Bunu, yəqin ki, anladınız. Həyatımda olan bəzi hadisələri yadımıza salaq. Ona görə də kiminsə haqqına girmədən yaşayaq. Allaha şükür, mən öz görünüşümdən şikayətçi deyiləm. Amma yaşa dolduqca lazım olsa, hansısa düzəlişlər etdirəcəm. Çünki səhnə gözəlliyi sevir. Mən də gözəl olmaq istəyirəm. Belə də ki, əsas bəxtiniz gözəl olsun. Gözəllik başa bəla olur".

Milli.Az


Tags:  Natavan Kimsədən qorxmuram


RƏYLƏR


Top news