Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Date: 18 December 2015 11:58


Bakı, 18 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 25-də saat 11:00-da Şirvan şəhərində Şirvan Gömrük İdarəsinin inzibati binasında (Naxçıvan prospekti 1\6) bu bölgədə yaşayan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Şirvan şəhərinin və bölgədə yerləşən Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Tags:  Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək


RƏYLƏR


Top news