XİN sözçüsü: “İranla əlaqələrimiz hər iki ölkə xalqlarının mənafeyi naminə inkişaf edir”

XİN sözçüsü: “İranla əlaqələrimiz hər iki ölkə xalqlarının mənafeyi naminə inkişaf edir”
11:59 18 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

“Prezident İlham Əliyevin 9 aprel 2014-cü ildə İran İslam Respublikasına və İİR-in prezidenti Həsən Ruhaninin 12-13 noyabr 2014-cü ildə Azərbaycana rəsmi səfərləri iki ölkə arasında münasibətlərin inkişafına mühüm təkan verib. Bu baxımdan 6 avqust 2014-cü ildə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın Bakı şəhərində keçirilmiş 9-cu iclası və 21-23 dekabr 2015-ci ildə Tehran şəhərində təşkil olunacaq növbəti 10-cu toplantısı xüsusi əhəmiyyət kəsb edir”.

 

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Tehran şəhərində keçiriləcək iclasda iqtisadi-ticarət, neft-qaz, nəqliyyat, energetika, sənaye, səhiyyə, mədəniyyət, turizm, maliyyə, bank işləri, kənd-təsərrüfatı, standartlaşdırma, ətraf mühit, elm-tədqiqat, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq perspektivləri müzakirə ediləcək: “Azərbaycan və İran arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq, bərabərhüquqluluq, bir-birinin daxili işlərinə qarışmamaq, dostluq və mehriban qonşuluq prinsiplərinə sadiq olaraq, hər iki ölkə xalqlarının mənafeyi naminə inkişaf edir”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR