Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Mingəçevirdə “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı keçirilir

​Mingəçevirdə “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı keçirilir

Date: 18 December 2015 12:02

Bakı. 18 dekabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Mingəçevir şəhərində “Qızıl Payız” gənclərin yaradıcılıq festivalını keçirir.
Bu barədə “Repor”a GTM-in mətbuat xidmətindən məlumat verilib.
Festivala Mingəçevir və ətraf regionlardan olan yüzlərlə istedadlı gənc, rəsmi şəxslər və mədəniyyət sahəsində çalışan insanlar qatılıb.
Festivalı giriş sözü ilə açan Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirib ki, “Qızıl Payız”ın əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. O bildirib ki, Festival Mingəçevir şəhərindən öncə Gəncə şəhərində keçirilib, sabah isə Ağcabədi rayonunda gerçəkləşdiriləcək. Festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulub, festival iştirakçısı olmaq istəyən gənclər üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən yaradıcılıq təlimləri keçirilib. Dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gəncin öz bacarıqlarını inkişaf etdirmələri, özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün imkanlar yaradıb. Dərnəklərdə gənclər yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda özlərinin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün müxtəlif təlimlər keçib, oyun və müsabiqələrdə iştirak ediblər.
Daha sonra qonaq qismində iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı və Gənclər və İdman İdarəsinin rəisi çıxış edib.
Rəsmi çıxışlar bitdikdən sonra, səhnə yaradıcı gənclərin ixtiyarına verilib. Onlar yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, ədəbiyyat və s.) bacarıqlarını nümayiş etdirib.
İlk növbədə yaradıcı gənclərin hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirilib, qonaqların fikirləri öyrənilib. Festivalda yaradıcı gənclərin kiçik ixtiraları da nümayiş etdirilib. Daha sonra gənclərin teatr səhnələri, musiqi nömrələri təqdim olunub, rəqslər və digər yaradıcılıq nümunələri nümayiş etdirilib.
Festivalın sonunda iştirak edən hər bir gəncə xüsusi diplomlar təqdim edilib və onlar mükafatlandırılıblar.

Tags:  Mingəçevirdə Qızıl Payız gənclərin yaradıcılıq festivalı keçirilir

RƏYLƏR


Top news