“Təmiz Şəhər” ASC tullantılar arasındakı pulları kimsəsiz uşaqlar üçün hədiyyəyə çevirdi

“Təmiz Şəhər” ASC tullantılar arasındakı pulları kimsəsiz uşaqlar üçün hədiyyəyə çevirdi
12:08 18 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Təmiz Şəhər” ASC tullantılar arasından aşkarlayaraq topladığı pulu xeyriyyə məqsədi ilə istifadə etdi. Cəmiyyət geyim və məişət əşyaları alaraq uşaqlar evinə hədiyyə etdi.

“Təmiz Şəhər” ASC-dən Trend-ə verilən məlumata görə, həmin pullar “Təmiz Şəhər”in Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 6-7 ay ərzində iş prosesi zamanı tullantılar arasından çeşidlənərək yığılan qəpiklər olub.

Cəmiyyətin əməkdaşları o pulla müxtəlif hədiyyələr alaraq Şüvəlan qəsəbəsində yerləşən internat məktəbini ziyarət edib. Uşaq evinin rəhbərliyi “Təmiz Şəhər”in xeyriyyə əməlini müsbət qiymətləndirdi və kimsəsiz uşaqları sevindirdikləri üçün minnətdarlıq etdi. Hədiyyələri alan kimsəsiz uşaqların sevincləri isə üzlərindən oxunurdu.

“Təmiz Şəhər”in bu fəaliyyəti ilə çəkisi 90 kiloqramdan çox olan müxtəlif nominallı qəpiklər həm xeyriyyə məqsədi ilə xərclədi, həm də bu vəsait dövriyyəyə qaytarılmış oldu.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR