Rusiya: "Əlimizdə bütün sübutlar var"

Rusiya: "Əlimizdə bütün sübutlar var"
12:12 18 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Bununla bağlı əlimizdə bütün lazım olan sübutlar var".

APA-nın məlumatına görə, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri komandanının müavini Sergey Dronov Moskvada keçirdiyi brifinqdə bəyan edib.

O bildirib ki, vurulan Su-24 təyyarəsi Türkiyə və onun vətəndaşları üçün heç bir təhlükə törətməyib. Dronov qeyd edib ki, Su-24 Türkiyə sərhədindən 5,5 kilometr aralıda vurulub: "Elə həmin gün Türkiyə rəhbərliyi Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu bəyan edib. Biz bu gün də qeyd edirik ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Rusiyanın əlində Su-24-ün Türkiyə sərhədinin pozmadığına dair sübutlar var".

Təyyarənin "qara qutu"sunun oxunmasına başlanıldığını deyən S. Dronovun sözlərinə görə,  prosesdə Çin və Britaniya mütəxəssisləri iştirak edəcəklər: ""Bu vaxtadək "qara qutu" üzərində heç bir iş aparılmayıb. "Qara qutu" təyyarənin düşdüyü yerdən götürüldüyü vəziyyətdə olduğu kimidir".  

Komandan müavini dekabrın 8-də Su-24 təyyarəsinin "qara qutusu"nun Rusiya tərəfinə təhvil verildiyini əlavə edib. "Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı beynəlxalq ictimaiyyət üçün açıq aparılacaq. Məhz buna görə də biz 14 dövlətə, beynəlxalq ekspertlərə həmin tədqiqatda iştirak üçün müraciət etmişik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR