Şou əhli vergiyə cəlb olunur: "Toy qiymətlərini qaldıra bilərlər"

Şou əhli vergiyə cəlb olunur: "Toy qiymətlərini qaldıra bilərlər"
12:19 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Artıq gələn ildən şou-biznes nümayəndələri də vergiyə cəlb olunacaqlar. Bu barədə keçirdiyi mətbuat konfransında nazirin 1-ci müavini Natiq Əmirov bildirib 


“Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Onların vergidən yayınması uzun çəkməyəcək”.

Vergilər Nazirliyinin şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergi ödəmələrini xahiş etməsinə baxmayaraq, hələ ki heç bir müğənni bu istiqamətdə addım atmayıb. Nazirlik isə hesab edir ki, bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq.

Görəsən, bu gün Azərbaycanda müğənnilərin, şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması hansı mexanizm əsasında aparılmalıdır? Həmin şou-biznes, sənət adamları qazandıqlarının hansı hissəsini, hansı formada vergi olaraq dövlətə verəcək?

Lent.az xəbər verir ki, maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov modern.az-a açıqlama verərək bu günə qədər şou-biznes nümayəndələrinin vergidən yayınmasının, vergiləri ödəməməsinin heç də yaxşı fakt olmadığını bildirib: 

“Ümumiyyətlə, şou-biznes sahəsində olan insanların gəlirlərinin uçotunun aparılması çox düzgün addım olardı. Ən azından, bu günə qədər həmin kateqoriyadan olan insanlar artıq vergiyə cəlb olunmalı idilər. Çünki bu sahədə çalışan insanlar təkcə şou-proqramlardan deyil, toy məclislərindən, xarici səfər və festivallardan, reklam işlərindən də gəlirlər əldə edirlər. Təbii ki, bu bütün müğənnilərə aid edilə bilməz. Ancaq, şou-sənət adamlarının böyük əksəriyyətinin bu gün televiziyada evlərini, lüks həyatlarını, bahalı yaşamlarını göstərməsi də sübut edir k, onların gəlirləri kifayət qədər çoxdur”.

Ekspertin fikrincə, televiziyalar vasitəsilə uşaqlara o qədər də yaxşı örnək olmayan bəzi şou-biznes nümayəndələrinin vergidən yayınması dövlət büdcəsinə daxil olan gəlirlərin qarşısını alır:
 
“Televiziyalar vasitəsilə uşaqlarımıza o qədər də düzgün, doğru olmayan düşüncələri aşılayan bəzi müğənnilərin vergidən yayınması heç də yaxşı hal deyil. Müğənnilər vergi ödəməkdən yayınırsa, deməli, dövlət büdcəsinə daxil ola biləcək pulların itməsindən söhbət gedir”.

Vergilər Nazirliyinin bu addımını təqdirəlayiq hal hesab edən Əkrəm Həsənov şou nümayəndələrinə vergilərin tətbiq edilməsindən sonra onların qiymətləri qaldırmasının o qədər də əhəmiyyətli olmayacağını söyləyib. Lakin ekspert repetitorların və digər bu cür fəaliyyətlə məşğul olanlara vergilərin tətbiqinin o qədər də yaxşı hal olmadığını vurğulayıb: 

“Müğənnilər, şou-biznes nümayəndələr vergilər tətbiq olunduqdan sonra toy, məclis qiymətlərini artıra bilərlər. Onsuz da insanların çoxu onların istədiyi qiymətə toya, yaxud hansısa şənliyə dəvət etməyəcəklər. Çünki bir müğənninin kiminsə toyunda oxuması su, çörək qədər ehtiyaclı deyil. Sadə vətəndaşlar vergi verirlərsə, saatlarına minlər qazanan müğənnilər niyə vergidən yayınmalıdır? Amma repetitorlara, bəzi sənət-peşə sahiblərinə vergilərin tətbiq olunması o qədər də yaxşı hal deyil. Çünki müğənnidən fərqli olaraq, müəllimlər gələcəyin şəxslərini, bəlkə də şəxsiyyətlərini yetişdirir. İnsan kapitalını, biliyi, savadı inkişaf etdirənlərə güzəşt edilməlidir. Bu Avropada da, dünyanın bir çox ölkələrində də belədir”.

İqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədov isə hesab edir ki, vergilər sənət-peşə sahibləri ilə yanaşı, digər iri holdinqlərə, firmalara da düzgün tətbiq olunmalıdır:
 
“Azərbaycanda vergi bazasını genişləndirmək haqqında bir neçə il bundan öncə prezident tapşırıq verib. Həmin tapşırığa görə cari xərclər vergilər hesabına formalaşdırılmalıdır. 2016-cı ilin dövlət büdcəsinin proqnozlarına baxsaq görərik ki, 2,3 milyard manat həcmində cari xərclərimizi ödəyə bilmirik və bunu məcburən Dövlət Neft Fondundan götürürük. Qonşu Gürcüstanda isə büdcənin gəlirlər hissəsində vergi 95 faiz təşkil edir. Bizdə isə bu 45-46 faizdir. Bu o deməkdir ki, bizim kifayət qədər vergiləri artırmaq imkanımız var. Yəni ayrı-ayrı peşə sahiblərinin vergiyə cəlb olunması lazımdır. Vergilər Nazirliyinin bu sahədə atdığı addımlar təqdirəlayiqdir. Amma, bu vergilər bir kateqoriyaya tətbiq olunub iri şirkətlərə, holdinqlərə tətbiq olunmursa, burada artıq ciddi suallar meydana çıxır. Vətəndaşlarda vergi mədəniyyəti inkişaf etmir. Vergi tətbiqi ilə yanaşı, maarifləndirmə də aparılmalıdır”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ərdoğanı qarşılayan əsgər onu güllələyəcəkdi – SUİ-QƏSD PLANI

29 May 2017 15:48

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı

29 May 2017 15:47

"Əslində evlənməyi düşünmüşdük, amma..." - Burcu

29 May 2017 15:47

Gəncədə I Beynəlxalq Musiqi Festivalı keçirilib

29 May 2017 15:42

Elmar Məmmədyarov Kolumbiyaya gedib

29 May 2017 15:37

"MilliÖn"dən pul oğurladılar

29 May 2017 15:37

​“Azscore”-də PUL MÜKAFATI

29 May 2017 15:35

Yunanıstanda döyüş təyyarəsi qəzaya uğradı

29 May 2017 15:33

Serbiya Prezidenti Azərbaycan səfirini mükafatlandırıb

29 May 2017 15:29

Proqnoz: Rusiya əmək resursları qıtlığı ilə üzləşəcək

29 May 2017 15:27

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib

29 May 2017 15:24

Azərbaycanlı general-mayordan qalan

29 May 2017 15:24

Ermənistan ordusunda ÇAXNAŞMA: Sarkisyan generalları istefaya göndərdi

29 May 2017 15:23

Min dərdin dərmanı gül çayı resepti

29 May 2017 15:22

Sarı kabriolet, bahalı nömrə - Aygün bu maşını sürür - FOTO

29 May 2017 15:17

"Barselona"dan "Qalatasaray"a transfer

29 May 2017 15:17

İlan ilanı uddu - VİDEO

29 May 2017 15:13

Parisdə Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan konsert keçirilib

29 May 2017 15:12

Pis iş yoldaşından xilas olmaq yolları

29 May 2017 15:12

Ata yeni doğulmuş körpəsini belə çimizdirir

29 May 2017 15:07

Berlində təhlükə: Küçələr bağlandı, 40-dan çox polis...

29 May 2017 15:05

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərdi

29 May 2017 15:05

Evinin hasarından yıxılıb öldü

29 May 2017 15:04

Günahı təmizləməyin 15 vasitəsi

29 May 2017 14:58

Xoşqədəm xərçəng xəbərini tennisdə öyrəndi...

29 May 2017 14:57

Bu xəbər 90-60-90 olmaq istəyən qızlar üçündür...

29 May 2017 14:56

Evdә limon yetişdirmәk qaydası

29 May 2017 14:51

Stomatoloq pul xətrinə xəstənin başına oyun açdı

29 May 2017 14:48

"Ermənistan xüsusi xidmət orqanları Martirosyanı aradan götürə bilər"

29 May 2017 14:47

Bu həftə qlobal maliyyə bazarlarına təsir edəcək xəbərlər açıqlanacaq

29 May 2017 14:47

Masallıda məktəb yoldaşını qətlə yetirən ŞAGİRD TUTULDU

29 May 2017 14:47

Sənə yaraşan dodaq boyası hansıdır?

29 May 2017 14:44

Yasamalda yaşayış binasında yanğın olub

29 May 2017 14:43

Ölümdən bir neçə saat əvvəl çəkilən SELFİLƏR - FOTOLAR

29 May 2017 14:38

İsmayıllıdan çox üzücü xəbər gəldi...

29 May 2017 14:38

Müğənni Aytac Vidadiqızı aparıcılığa başladı - FOTO

29 May 2017 14:37

Küveytdə 28 May-Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilib

29 May 2017 14:36

Qazaxıstanlı alimlər Qazax rayonunda tədqiqat aparacaqlar

29 May 2017 14:36

Siyəzəndə zibillikdən silah-sursat tapıldı

29 May 2017 14:34

Azərbaycan polisi hər yerdə bu şəxsi axtarır

29 May 2017 14:33

"Anasını öldürən polis mayorunun oğludur" - Mingəçevirdəki dəhşətli qətlin TƏFƏRRÜATI

29 May 2017 14:32

Təranə Səmədova həbsdə olan sevgilisindən danışıb ağladı - VİDEO - FOTO

29 May 2017 14:27

Bəyanat: Regionda sülh istəməyən qüvvələr Sülh Platformasına təzyiqləri artırıblar

29 May 2017 14:27

Elmar Məmmədyarov iyulda Macarıstana səfər edəcək

29 May 2017 14:26

Dillər universitetində dövlət imtahanı QALMAQALI

29 May 2017 14:24

Dünyanın ən bahalı şirkətlərinin yeni REYTİNQİ

29 May 2017 14:22

“Qarabağda artıq hərbi sabitlik olmayacaq” – Rusiyalı politoloqdan MÜHARİBƏ XƏBƏRDARLIĞI

29 May 2017 14:18

NATO PA-nın Tbilisidə keçirilən yaz sessiyası başa çatıb

29 May 2017 14:17

"Qəbələ"dən ayrılan futbolçu "Zirə" klubuna keçib

29 May 2017 14:17

Cəlilabad sakinləri çayda boğuldu

29 May 2017 14:17