SOCAR-ın Türkiyədə sıxılmış qaz satışı üzrə iki məntəqəsinin ləğv olunmuş lisenziyası bərpa olunacaq

12:22 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qeyd olunub ki, "SOCAR Turkey LNG" şirkətinin aldığı lisenziya hər CNG satış məntəqəsi üçün ayrılıqda veriləcək: "Türkiyə Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) bu il martın 19-dan etibarən CNG satış məntəqələrinin hər biri üçün ayrılıqda iş yeri açmaq və fəaliyyət icazəsinin alınması tələbini irəli sürüb və CNG satış məntəqələrinin sentyabrın 18-dək bu icazəni alması məcburi edilib. Gemlik və Eskişəhər CNG satış məntəqələri üçün lazımi Təhlükəli İş Yeri (GSM) vəsiqəsi bu tarixə qədər hazır olmayacağı üçün bu iki lisenziya "SOCAR Turkey LNG"-nin tələbi əsasında ləğv edilib".
Lakin qeyd olunub ki, şirkət tərəfindən GSM vəsiqələri alındıqdan sonra bu lisenziya Enerji Bazarını Tənzimləmə Təşkilatı tərəfindən təkrar bərpa olunacaq.
"Rəsmi sənədləşmə məsələləri səbəbindən baş vermiş bu hadisənin fərqli şərhlərə məruz qalmasını doğru qəbul etmirik. "SOCAR Turkey LNG Satış Anonim Şirkəti"nin hazırda digər CNG məntəqələri satışa davam etməsi üçün tələb olunan lisenziyaya sahibdir və satış əməliyyatları davam etməkdədir", - deyə SOCAR-dan bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-turkiyede-sixilmis-qaz-satisi-uzre-iki-menteqenin-legv-olunmus-lisenziyasi-berpa-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR