"Şaxta baba və Qar Qız gəlir mənbəyindən məhrum olublar" - RƏSMİ

"Şaxta baba və Qar Qız gəlir mənbəyindən məhrum olublar" - RƏSMİ
12:24 18 Dekabr 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bakı şəhərinin meydanlarında və əhalinin gur olduğu yerlərdə Şaxta babalar dekabrın 25-dən sonra fəaliyyətə başlayacaqlar”.

Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.

 

Ə. Bağırovun sözlərinə görə, hələ ki Ticarət və Xidmət Departamentinə Şaxta baba fəaliyyəti üçün 12 müraciət daxil olub: “Müraciətlər dekabrın 13-dən daxil olub. Bu proses təxminən dekabrın 25-nə kimi davam edəcək. Onların fəaliyyəti üçün müddət dekabrın 25-dən yanvarın 13-nə kimi təyin olunub”.

 

Ə. Bağırov təəssüflə qeyd edib ki, Şaxta baba olmaq üçün müraciətlərin sayı ilbəil azalır. O, bunun səbəbini əhalinin fotoqraf xidmətindən imtina etməsində görür: “Bunun da səbəbi odur ki, fotoqraflar demək olar ki, bu işdən kənarlaşdırılıb. Hamının telefonu var və özləri şəkil çəkirlər. Ona görə də Şaxta baba və Qar Qız əsas gəlir mənbəyindən məhrum olublar. Çünki onlar fotoqrafın hesabına gəlir əldə edirdilər. Bu baxımdan Şaxta baba olmaq istəyənlər azalıb. Təsadüfi deyil ki, müraciət müddətinin bitməsinə sayılı günlər qalmasına baxmayaraq, hələ ki, cəmi 12 nəfər müraciət edib. Keçən il isə bu rəqəm 30 idi”.

 

Ə. Bağırov bu il Şaxta baba olmaq istəyənlər üçün icazənin qiymətinin ötən illərdə olduğu kimi 60 manat təşkil etdiyi xatırladıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR