Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkotacirlərə 19 il hökm oxundu

Narkotacirlərə 19 il hökm oxundu

Date: 18 December 2015 12:29

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musa Mirzəliyev və  Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Musa Mirzəliyev 9 il, Həmid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki,  hər iki şəxs Narkotiklə Baş İdarənin əməkdaşları tərəfindən saxlanıb. Baxış zamanı onların üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb. Hər iki şəx Cinayət Məcəlləsinin 234.4.3( külli miqdarda qanunsuz narkotik maddələrin qanunsuz dövriyyəsində) təqsirlənib. 


Tags:  Narkotacirlərə 19 il hökm oxundu

RƏYLƏR


Top news