Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD son beş ayda ən böyük hücum əməliyyatı keçirib

İŞİD son beş ayda ən böyük hücum əməliyyatı keçirib

Date: 18 December 2015 12:38


Bakı, 18 dekabr, AZƏRTAC
İŞİD terrorçu qruplaşması İraqın şimalında son beş ayda kürd dəstələrinə (“Peşmərgə”) qarşı ən genişmiqyaslı hücum əməliyyatı keçirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İŞİD qruplaşmasının yaraqlıları “Peşmərgə”nin komanda mərkəzinin yerləşdiyi Başika düşərgəsi yaxınlığındakı mövqelərə, həmçinin Nərvan və Təl-Əsvad yaşayış məntəqələrinə hücum ediblər. Hücum ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın havadan dəstəyi ilə dəf olunub.
Pentaqonun iddiasına görə, hava zərbələri nəticəsində qruplaşmanın 180 üzvü məhv edilib, azı 100 terrorçu isə “Peşmərgə” tərəfindən öldürülüb. Kürd dəstələri də döyüşdə onlarla itki verib.
Xatırladaq ki, noyabr ayının ortalarında ABŞ Prezidenti Barak Obama İŞİD qruplaşmasının hücumlarının qarşısının alınmasına nail olunduğunu bildirmişdi. Onun fikrincə, qruplaşmanın İraqda mövqelərini möhkəmlətmək cəhdləri baş tutmayıb.
 

Tags:  İŞİD son beş ayda böyük hücum əməliyyatı keçirib


RƏYLƏR


Top news