Xalq artistinin qızı: "Atamın sağ tərəfi işləmir, hər şeyi xatırlamır…"

Xalq artistinin qızı: "Atamın sağ tərəfi işləmir, hər şeyi xatırlamır…"
12:42 18 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.

Bu barədə "Qafqazinfo"ya açıqlamasında aktyorun qızı Cəlalə xanım məlumat verib.

O, xalq artistinin beynində müəyyən qüsurların yarandığını bildirib:

"Atam iki ilə yaxındır ki, bu vəziyyətdədir. Sağ tərəfi ümumiyyətlə işləmir. Əli və ayağı işləmədiyindən bayıra da çıxa bilmir. Sərbəst gəzə bilmir, beynində qüsurlar yaranmağa başlayıb. Tam olaraq hər şeyi xatırlamır, fikrini toplayıb izah edə bilmir. Səhhəti, Allaha şükür, pis deyil. Hazırda evdə müalicə alır. Həkimlər deyirlər ki, yavaş-yavaş düzələcək".

Cəlalə xanım Ramiz Əzizbəyli adından mətbuatda yalan məlumatları dərc edənlərə müraciət edib:

"Bu məni narahat edir. Yaxşı ki, soruşduz. Mətbuatda özlərindən bəzi məlumatlar yazırlar. Guya Ramiz müəllim hər şeydən gileylənir, ona heç bir köməklik olunmur. İndi prezident təqaüd ayırıb. Atamın heç bir şikayəti yoxdur.

Prezidentin ayırdığı təqaüdlə özü özünü müalicə edir. Bunun kimi artıq söhbətlərə ehtiyac yoxdur. Bizdən heç bir məlumat almadan təkrar-təkrar xəbərlər dərc edirlər. Xahiş edirik ki, belə yalan məlumatları dərc etməsinlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR