Azərbaycan ordusu cəbhə xəttində 3 erməni hərbçisini məhv edib

Azərbaycan ordusu cəbhə xəttində 3 erməni hərbçisini məhv edib
12:42 18 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələri ötən gecə işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisini məhv edib. 
"Report" xəbər verir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi deyib ki, ötən gecə qoşunların təmas xəttində vəziyyət gərgin keçib.
Məhv edilən erməni hərbçilərin adları da açıqlanıb. Bunlar 1996-cı ildə anadan olan Aqasi Qriqoryan, 1996-cı il təvəllüdlü Ruben Aleksanyan və 1992-ci ildə anadna olan Qor Ohanyandır. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/azerbaycan-ordusu-cebhe-xettinde-3-ermeni-herbcisini-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR