Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beynəlxalq agentlik “Unibank”ın reytinqini stabil olaraq təsdiq edib

Beynəlxalq agentlik “Unibank”ın reytinqini stabil olaraq təsdiq edib

Date: 18 December 2015 12:53


Bakı, 18 dekabr, AZƏRTAC
“Moody’s Investors Service” Beynəlxalq agentliyi “Unibank” ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “stabil” kimi təsdiqləyərək, bankın 2014-cü ildən bu günə qədər reytinqini “B2”səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq agentliyin bu qərarı, “Unibank”ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Moody’s ekspertləri bankın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idarəetmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.
Beynəlxalq reytinq agentliyinin ekspertləri “Unibank”ın reytinqinin artırılmasının mümkünlüyünü istisna etmir və bunun maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.
Xatırladaq ki, bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də “Unibank”ın reytinqini əvvəlki səviyyədə stabil olaraq təsdiqləyib.
“Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankın pərakəndə və mikro-kreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır.
 

Tags:  Beynəlxalq agentlik Unibankın reytinqini stabil olaraq təsdiq edib


RƏYLƏR


Top news