Bakı, 18 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (YTTM) aparılan sistemli araşdırmalar nəticəsində yüksək təmizlik dərəcəsinə malik bir və çoxdivarlı karbon nanoborularının (KNB) alınma texnologiyası işlənib hazırlanıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, hazırda alınan KNB-lər əsasında çoxfunksiyalı polimer nanokompozitlər hazırlanır, informasiya texnologiyalarında və nanoqurğularda tətbiqləri araşdırılır.
Qeyd edək ki, YTTM yüksək texnologiyaların Azərbaycana gətirilməsi və inkişafını təmin etmək üçün yaradılıb. Mərkəzin əsas məqsədlərindən biri biliklərə əsaslanan sənayenin inkişafına töhfə vermək, qabaqcıl texnologiyaları yaratmaq və inkişaf etdirməkdir. YTTM-in əsas prioritetlərindən biri Bərk Cisim İşıqlanma (BCİ) texnologiyası və yüksək keyfiyyətli - Fosfor Çevirici Ağ İşıq Diodları (LED) istehsalının yaradılmasıdır.