Milli Məclisin sədri: “Qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram”

Milli Məclisin sədri: “Qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram”
12:59 18 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Milli Məclisin sədri Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının Kris Smitin rəhbərliyi ilə Konqresə təqdim etdiyi, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə münasibət bildirib.

 

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında O. Əsədovun bildirdiyinə görə, ABŞ-da ermənilərin diaspor rəhbərlərindən biri olan Aram Hamparyan “Tvitter” səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib.

 

Spiker bildirib ki, Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar Partiyasının üzvü olub: “Amma indi erməni lobbisinin fəallarındandır. Bizdə bəzi media qurumları bunu şok xəbər kimi təqdim edir. Burda şok  nə var ki? Təsəvvür edin ki , biz bir komissiya yaratmışıq. Kimsə də belə çıxış edib. O, adi deputatdır. ABŞ səfiri açıqlama versin ki, bu bəyanat ABŞ-ın rəsmi mövqeyidir, yoxsa hansısa bir konqresmenin?”

 

Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: “ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostu var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram” .

 

O. Əsədov mətbuata da müraciət edərək ABŞ-ın Azərbaycandakı səfirinə bununla bağlı suallar ünvanlamağa çağırıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR